İslami Cihad Hərəkatının sabiq baş katibi vəfat edib

Fələstinin İslami Cihad Hərəkatının təsisçilərindən və sabiq baş katibi Ramazan Abdullah Şallah müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

İslami Cihad Hərəkatının sabiq baş katibi vəfat edib

Fələstinin İslami Cihad Hərəkatının təsisçilərindən olan sabiq baş katibi Ramazan Abdullah Şallah uzun sürən xəstəlikdən sonra 62 yaşında vəfat edib.

Dr. Ramazan Abdullah Şallah Qəzzanın İqtisad Üniversitetinin müəllimi olmuşdur.

O həm də Fələstin İslami Cihad Hərəkatının təsisçilərindəndir. 1995-ci ildə isə Fəthi Şəqaqinin şəhadətindən sonra Fələstin İslami Cihad Hərəkatının baş katibliyini  öhdəsinə götürmüşdür.

Ramazan Abdullahın Fələstinin dəstəklənməsində və sionist rejimlə mübarizədə təsirli rolu olduğuna görə həmişə sionist İsrail rejimi ve ABŞ Federal Tədqiqat Bürosu (FBI) tərəfindən təqibdəydi.

O, 1993-1995-ci illərdə Cənubi Florida universitetində Orta Şərq araşdırmaları kafedrasında müəllim işləyib.

Dr. Ramazan Abdullah yəhudilərin istifadə etdiyi İbri dilini və İngilis dilini mükəmməl bilirdi.

İKNA/Giperssilka.ru