İslami Cihad: “İran sionistinlərin qarşısında duran yeganə ölkədir”

İslami Cihad: “İran sionistinlərin qarşısında duran yeganə ölkədir”

Giperssilka MEHR-ə istinadən xəbər verir ki, Fələstin İslami Cihad Hərəkatının üzvü Əhməd Əl-Mudəlləl ərəb ölkələri ilə sionist rejim arasındakı münasibətlərin qurulmasını tənqid edib:

"Sionist rejimlə münasibətləri qurmaq mənəvi bir azğınlıq olaraq görülür və əsas məqsədi ictimai fikri Fələstin məsələsindən yayındırmaqdır. Təəssüf ki, ərəb ölkələri səhv hesablama aparırlar. Düşünürlər ki, sionist rejimi ilə münasibətlər quraraq ABŞ-ın razılığını əldə edə bilərlər".

Əhməd Əl-Mudəlləl sözünə əlavə edib ki, sionist rejim hazırda İranı ərəb ölkələrinin bir nömrəli düşməni kimi göstərməyə çalışır, ancaq İran bölgədə və dünyada Amerikanın və sionistlərin layihələrinə qarşı çıxan yeganə ölkədir.

Giperssilka.ru