İspaniya İsrail rejiminin polis və təhlükəsizlik işçiləri üçün məhsul satmağı qadağan etdi

İspaniya hökuməti, sionist İsrail rejiminin polis və təhlükəsizlik qüvvələri üçün nəzərdə tutulan bəzi vəsaitlərin, o cümlədən əl qandallarının satışını qadağan etdi.

İspaniya İsrail rejiminin polis və təhlükəsizlik işçiləri üçün məhsul satmağı qadağan etdi

Yerusalim Post qəzetinə görə, İspaniya hökuməti, sionist rejimin insan haqlarına qarşı əl qandallarından istifadə etməsinə və fələstinlilərin həbsi zamanı qandallanmasını əsas gətirərək qandalların İsrail rejiminə satılmasını qadağan edib.

 

"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, İspaniya hökuməti ayrıca İsrail rejiminin şirkətləri ilə 2 müqavilənin imzalanmasına icazə verməyib. Birinci müqavilə, pilotsuz nəqliyyat vasitələri üçün naviqasiya sistemlərinin satışına aid idi və Madrid, Təl-Əvivin bu vasitələrdən hərbi məqsədlər üçün istifadə etməsi səbəbindən onların satışını qadağan etdi. İkinci müqavilə, 10 milyon avro dəyərində xüsusi etibarlı kompyuterlərin satışına aiddir ki, İsrail rejiminin onları düzgün olmayan məqsədlər üçün istifadə ediləcəyi əsas gətirilir. İspaniya sionist İsrail rejiminin fələstinlilərə qarşı irqçi siyasətini daim tənqid edən Avropa dövlətləri sırasındadır.

 

"Deyerler.org"/Giperssilka.ru