İsrail əsgərləri 16 yaşlı fələstinlini başından vuraraq qətlə yetirdi

İsrail əsgərləri 16 yaşlı fələstinlini başından vuraraq qətlə yetirdi

Giperssilka "Shafaqna"ya istinadən xəbər verir ki, İsrailin işğalı altından olan İordan çayının Qərb sahilində 16 yaşlı fələstinli dünyasını dəyişib.

O, ötən gün Nablus şəhərində İsrail qüvvələrinin açdığı atəş nəticəsində yaralanmışdı.

İsrail hərbçilərinin atdığı güllə 16 yaşlı Əhməd Bəni Şəmsin başına dəyib.