İsrail polisi məscid imamını həbs etdi

İsrail polisi məscid imamını həbs etdi

Giperssilka Eastnews.org-a istinadən xəbər verir ki, İsrail rejimi polisinin İsrail vətəndaşı olan fələstinlilərin sıx yaşadığı Lod şəhərindəki Ulu Məscid imamı Yusif əl-Bazı saxladığı bildirilib.

Bazın vəkili Xalid Zabarka verdiyi açıqlamada İsrail rejimi polisinin 63 yaşlı imamın evinə sübh çağı basqın etdiyini söyləyib.

Zabarka Bazın "təhrik etmək" ittihamı ilə tutulduğunu və bu gün məhkəməyə çıxacağını qeyd edib.

İsrail polisinin Baz adının göstərilmədən verdiyi yazılı açıqlamasında "Feysbuk" hesabında polisə qarşı şiddətə təhrik edən bir şübhəli prokurorluğun təlimatı ilə Lod şəhərində tutuldu", - deyə ifadə olunub.

Vəkil Zabarka sözügedən videonun xarici bir filmdən olduğunu və dünyanın hər yerində nümayiş olunduğunu vurğulayaraq, bunu həbs üçün bir səbəb kimi qiymətləndirməyi cəfəngiyyat olaraq xarakterizə edib.