İsrail rejiminin polisi Əl-Əqsa məscidinin xətibinin evinə basqın etdi VİDEO

İsrail rejiminin polisi Əl-Əqsa məscidinin xətibinin evinə basqın etdi VİDEO
Əl-Əqsa məscidinin xətibi Şeyx İkrimə Səbri

İsrail rejiminin polisi Əl-Əqsa məscidinin xətibi Şeyx İkrimə Sabrinin evinə basqın edib, onu polis bölməsinə getməyə çağırıb.

 

Deyerler.org xəbər verir ki, İsrail rejiminin qüvvələrinin Şeyx İkrimə Səid Səbrinin evinə basqın etməsi xəbərini alan fələstinlilər İkrimənin evinə gələrək ona dəstək veriblər.

 

Fələstinlilər İsrail rejiminin qüvvələrinin İkrimənin evinə girməsinin qarşısını almağa çalışıblar. İsrail rejiminin polisi ilə fələstinlilər arasında qarşıdurma baş verib və bir neçə fələstinli saxlanılıb.

 

Mayın 29-da İsrail rejiminin qüvvələrinin evinə basqın etməsi nəticəsində saxlanılan şeyx İkrimə, daha sonra sərbəst buraxılmışdı. İkrimənin bir həftə Əl-Əqsa məscidindən uzaqlaşdırılması qərarı verilmiş və bu gün (3 iyun) polis bölməsinə gedərək ifadə verməsi tələb olunmuşdu.

Deyerler.org/Giperssilka.ru