Kanal12 televiziyası yenidən yayın həyatına başladı

Türkiyədə fəaliyyət göstərən Kanal12 televiziyası yenidən peyk yayınına başlayıb. Kanal bu gündən bir daha peyk yayımına çıxıb.

Kanal12 televiziyası yenidən yayın həyatına başladı
Kanal12 televiziyası yenidən yayın həyatına başladı

Türkiyədə fəaliyyət göstərən Kanal12 televiziyası yenidən peyk yayınına başlayıb. Kanal bu gündən bir daha peyk yayımına çıxıb. Mövzu ilə bağlı “GSS.ru”ya açıqlama verən “Kanal12” İdarə Heyətinin həmsədri Yunus Turan xəbəri təsdiqləyərək bldirib: “23 Yanvar 2017-ci il tarixdən qapanan Kanal12 15 aprel 2020-ci il tarixdən “Türksat 4A” peyki ilə yayın həyatına başlayıb. “Birliyin səsi” şüarı ilə ekranlara çıxacaq Kanal12 Əhli-beytin (ə) səsini bütün dünyaya duyuracaqdır. Yeni yayın mərhələsində kanalımız birləşdirici və bütünləşdirici baxışı ilə din, dil, irq fərqi qoymadan hər kəsin səsi olacaqdır. Kültür, sənət, ədəbiyyat, iqtisadiyyat, seriallar, filmlər və əlbəttə ki, dini verilişləri ilə izləyiciləri ilə görüşəcək Kanal12 vətənimizə, xalqımıza, hər kəsə xeyirli olsun!”

Qeyd edək ki, kanalın Azərbaycan və Rusiyadan da xeyli sayda izləyiciləri vardır. Hazırda Rusiyanın bəzi regionlarından kanalı izləməkdə texniki problemlər vardır, kanal rəhbərliyi bu istiqamətdə işlərin davam etdiyini bildirib. Kanal məsullarına görə, texniki nasazlıqlar aradan qaldırılana qədər peyk yayını ilə kanalı izləyə bilməyənlər yayını kanalın internet saytı (http://www.kanal12.net/?fbclid=IwAR2VFMLdXB_eN22mAakNO2O6kJWANQucFMk9WopRmsgzXDL8-Uw8Kplgxsk# ) vasitəsilə canlı izləyə bilərlər.