Kərbəlayi Əli Gözəlov: “Ərbəin İslam aləminin gücünü və həqiqətini dünyaya nümayiş etdirir” MÜSAHİBƏ

Kərbəlayi Əli Gözəlov: “Ərbəin İslam aləminin gücünü və həqiqətini dünyaya nümayiş etdirir” MÜSAHİBƏ

İlhaiyyatçı, Qumda təhsil alan Kərbəlayi Əli Gözəlov Ərbəin ziyarəti haqqında Kerbela.info-ya müsahibə verib.

Giperssilka həmin müsahibəni təqdim edir:

İlk öncə özünüz və peşəniz barədə məlumat verin.

Əli Gözəlov Masallı rayonunda ruhani ailəsində dünyaya gəlmişəm. Hazırda İran İslam Respublikasının Qum şəhərində "Fiqh və Məarif" ixtisası üzrə təhsil alıram.

Bir ilahiyyatçı kimi Ərbəinin hansı tərəfini daha qabarıq formada yaymaq və dünyaya çatdırmaq istərdiniz?

İmam Hüseynin (ə) Ərbəin ziyarəti çox mühüm ziyarətdir, əlbəttə gərək bunuda deyək ki, Ərbəin ziyarəti təkcə ziyarətlə məhdudlaşmır bəlkə İslam aləminin gücünü və həqiqətini dünyaya nümayiş etdirir. Digər bir tərəfdən Ərbəin ziyarəti İmam Zaman (ə.f) zühur ərəfəsini bizə xatırladır, hər kəs bir niyyətlə və eşqlə öz mövlasına tərəf yola düşür, hədis və rəvayətlərdən gələn məlumatlara əsasən başa düşürük ki, İmam Zaman (ə.f) zühur etdikdən sonra insanlar onunla beyət etmək üçün ona tərəf gedəcəklər. Mən də belə düşünürəm ki, Ərbəin ziyarətində daha qabarıq şəkildə qabağa çıxmalı olan məsələ Məhdəviyyət və mədəniyyətinin təbliğatıdır. Çünki bu günlərdə bizim ən çox ehtiyacımız olduğu məsələ Məhdəviyyət məsələsədir. Yəni bu gün İslam dünyasında yaranmış bütün problemlərin həlli Məhdəviyyət anlayışındadır. Əgər bu gün bütün müsəlmanlar bu mədəniyyətin və anlayışın ətrafında cəm olsalar İslami vəhdət yaranar.

Səfər zamanı və ziyarətlərdə sizi ən çox cəlb edən nə oldu?

İmam Hüseyn (ə) Aşura günü həqiqi Eşqi dünyaya göstərdi və bu gün o hadisələrdən 1400 il keçməsinə baxmayaraq Aşiqlər hər il Ərbəin ərəfəsində o eşqi dünyaya nümayiş etdirirlər.

Dünyanı bürümüş Covid 19 virusu dönəmində Ərbəini necə gördünüz?

Bildiyiniz kimi 2020-ci ildən başlayan Koronavirus bəlası dünyanın hər bir tərəfində müəyyən problemlər yaradıb. Eyni ilə də Nəcəf, Kərbala kimi ziyarətgah olan yerlərdə də pandemiya ilə bağlı müəyyən məhdudiyyətlər var idi. Ancaq maraqlısı budur ki, bu il ziyarətimizdə pandemiyanın olmasına baxmayaraq demək olar heç kəs pandemiya məhdudiyyətlərinə əməl etmirdi, məsələn:Maska və İctimai məsafəyə riayət kimi. Hərəmlərdə keçən illərə nisbətən sıxlıq az olsa da yenədə izdiham çox idi. Bu sıxlıq və izdihama baxmayaraq şəxsən biz özümüz və tanıdığımız onlarla insan ziyarətdən qayıtdıqdan sonra hər hansı bir yoluxma və ya xəstəliklə üzləşməmişik.

Kərbəla və Ərbəini 1 cümlə ilə izah et desələr, bu hansı cümlə olar?

Eşqin təcəllası deyərdim.