KİV: Tramp Maduro ilə görüşmə ehtimalını istisna etmir

ABŞ prezidenti Donald Tramp, Venesuela lideri Nikolas Maduro ilə görüşmək ehtimalını istisna etmir. 

KİV: Tramp Maduro ilə görüşmə ehtimalını istisna etmir
ABŞ Prezidenti Donald Tramp

SalamNews-un TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə Tramp "Axios" xəbər portalına verdiyi müsahibədə deyib.

"Mən bu barədə düşünə bilərdim. Maduro görüşmək istərdi. Görüşlərə heç vaxt etiraz etmirəm", o deyib.

Tramp, Venesuela müxalifət lideri Xuan Quaydonu dəstəkləməklə bağlı milli təhlükəsizlik məsələləri üzrə keçmiş köməkçisi Con Boltonun verdiyi tövsiyəyə əməl etdiyinə görə təəssüfləndiyinə dair suala belə cavab verib: "Elə də yox. Mən bununla da razı qala bilərdim, bundan yan da keçə bilərdim, amma Venesuelada baş verənlərə son dərəcə qarşı idim".

Giperssilka.ru