Kizlyarda Məhəmməd (s) peyğəmbərin adına yeni məscid açılıb FOTO / VİDEO

Kizlyarda Məhəmməd (s) peyğəmbərin adına yeni məscid açılıb FOTO / VİDEO
Kizlyarda Məhəmməd (s) peyğəmbərin adına yeni məscid açılıb FOTO / VİDEO

Giperssilka.ru xəbər verir ki, oktyabrın 26-da Rusiyanın Dağıstan vilayətinin Kizlyar rayonunun Böyük Bredixin kəndində Məhəmməd (s) peyğəmbərin adını daşıyan yeni məscidin açılışına həsr olunmuş təntənəli məclis keçirilib.

Məscidin açılışı Peyğəmbərin və İmam Sadiqin (ə) mövlud günü qeyd olunduğu tarixə müvafiq edilib.

Xatırladaq ki, məscidin tikintisinə hələ 2009-cu ildə başlanılıb. Böyük Bredixin camaatını təbrik etmək üçün bu tədbirlə müxtəlif şəhər və kəndlərdən -  Moskvadan, Vladiqafqazdan, Dərbənddən, Mahaçqaladan və s. - alimlər gəlmişdi. Məddahların qəsidə və nəşidləri tədbirə əlavə rəng qatıb.

 

 

 

Giperssilka.ru