Konqresmen: "İsrailin Qəzzaya hücumu "terror aktı"dır"

Konqresmen:

Giperssilka "FARS"a istinadən xəbər verir ki, ABŞ Konqresinin müsəlman nümayəndəsi İlhan Ömər İsrailin fələstinlilərə qarşı son təcavüzünü "terror aktı" adlandırdı.

Bu barədə Türkiyənin “Yeni Şəfəq” qəzeti xəbər verib.

Ömər "Twitter" səhifəsində yayımladığı bir mesajda belə yazıb:

"Fələstinlilər qorunmağa layiqdirlər. İsraildən fərqli olaraq, fələstinli mülki insanları qorumaq üçün "Dəmir qübbə" kimi raketdən müdafiə proqramları yoxdur. Bayram həftəsində bu cür hücumları qınamamaq vicdansızlıqdır".

Giperssilka.ru