Koronavirusa qalib gələn Maldini əməliyyat olundu

Koronavirusa qalib gələn Maldini əməliyyat olundu
Maldini

İtaliya milli komandasının və "Milan"ın sabiq futbolçusu Paolo Maldini əməliyyat olunub. 

"Report" "Football Italia"ya istinadən xəbər verir ki, hazırda klubun texniki direktoru olan 52 yaşlı keçmiş müdafiəçi böyrək daşlarının çıxarılması üçün cərrahi müdaxiləyə ehtiyac duyub. 

Əməliyyatın ciddi olmadığı bildirilib. O, "Milan"ın çərşənbə məşqini buraxsa da, ertəsi gün komandanın İtaliya Kubokunda "Yuventus"la yarımfinal mərhələsinin cavab görüşündən əvvəlki hazırlıq prosesini izləyib.

Qeyd edək ki, Paolo Maldini və oğlu Daniel Maldini koronavirusa qalib gəlib.

Giperssilka.ru