KXDR-in Rusiyadakı səfirliyi Kim Çen  Inın vəziyyətilə bağlı açıqlama yayıb

Şimali Koreya lideri Kim Çen In dünyada tüğyan edən böhran zamanı öz həmvətənlərinə ümid və nikbinlik bəxş edir, - deyə KXDR-in Moskvadakı səfirliyinin bəyanatında bildirilir.

KXDR-in Rusiyadakı səfirliyi Kim Çen  Inın vəziyyətilə bağlı açıqlama yayıb
KXDR rəhbəri Kim Çen In
"Əslinə qalsa, Yer kürəsi, necə deyərlər, həm indiki, həm də gələcək dövrün taleyi ilə bağlı ağır narahatlığa görə eroziyaya məruz qalır. Ancaq insanlara ümid və nikbinlik gətirən belə bir cazibədar lider var. Bu, KXDR – in Dövlət Şurasının sədri Kim Çen Indan başqa bir kəs deyil",

- Giperssilka.ru “VZQLYAD” qəzetinə istinadən xəbər verir ki, Kim Çen Inın sədrliyinin 4-cü ildönümü münasibətilə Şimali Koreyanın Moskvadakı diplomatik nümayəndəliyinin verdiyi açıqlamada belə bildirilir.

"O, öz xalqı tərəfindən dərin etimad və ehtirama layiq görülən sədrimiz Koreyadan kənarda, hətta düşmən dövlətlərdə belə sülh adamı kimi hamı tərəfindən tanınır", – deyə məlumatda bildirilir.

 

"Kim Çen Inın nailiyyəti KXDR-in ABŞ, Cənubi Koreya və Rusiya ilə dialoqunun fəallaşdırılmasıdır. Onun "Şimali Koreya-Cənubi Koreya, Koreya-Amerika, Koreya-Çin, Koreya-Rusiya münasibətlərinin tarixinə yeni səhifələr yazıb. Onun müstəqil əqidəsinin sarsılmazlığı, qəbul etdiyi qərarın cəsarəti, ünsiyyətdə geniş ruh, diplomatik hazırcavablığı, şəxsi keyfiyyətlərinin nəcibliyi hər kəsin qəlbinə hakimdir", – deyə səfirlikdən qeyd ediblər.

 

Xatırladaq ki, dünya KİV-də bir müddətdir ki, Kim Çen Inın ölümü haqda iddialar peyda olub. Bir sıra nəşrlər KXDR liderinin ciddi sağlamlıq problemləri barədə məlumat yayıb. Pxenyan bu informasiyanın yalan və qərəzli olduğunu, KXDR KİV-də isə Şimali Koreya liderinin sənədlərlə işlədiyinə dair xəbərlər yer alıb.

 

Giperssilka.ru