La Liqa bərpa olundu, "Sevilya" derbidə qalib gəldi

Futbol üzrə İspaniya La Liqasında mövsümün qalan hissəsi bərpa olunub. 

La Liqa bərpa olundu,

"Report"un məlumatına görə, XXVIII turun ilk oyun günündə "Sevilya" və "Betis" komandaları üz-üzə gəlib. "Ramon Sançes Pisxuan" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. 

İlk yarıda qapılara qol vurulmayıb. 56-cı dəqiqədə Lukas Okampos penaltini dəqiq yerinə yetirib. 62-ci dəqiqədə isə Fernando ikinci qolun müəllifi olub.

Bu qələbə sayəsində xalını 50-yə çatdıran "Sevilya" 3-cü pillədə möhkəmlənib. "Betis" isə 33 xalla 12-cidir.

Qeyd edək ki, La Liqa qarşılaşmaları azarkeşsiz keçirilir. 

Giperssilka.ru