Lavrov: “NATO-nun şərqə doğru irəliləməsi Rusiyanın təhlükəsizlik maraqlarına toxunacaq”

Lavrov: “NATO-nun şərqə doğru irəliləməsi Rusiyanın təhlükəsizlik maraqlarına toxunacaq”

"NATO-nun bundan sonra şərqə doğru irəliləməsi Rusiyanın köklü təhlükəsizlik maraqlarına toxunacaq".

Giperssilka.ru APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Stokholmda keçirilən ATƏT XİN başçıları Şurasının iclası çərçivəsində ABŞ dövlət katibi Entoni Blinkenlə görüşdə çıxış edən S. Lavrov Şimal Alyansının bundan sonra Şərqə doğru irəliləməsinin ölkəsinin təhlükəsizliyinə təhdid olduğunu söyləyib:

“Bizim Rusiya-Ukrayna sərhədində baş verən gərginliyə münasibətimizi yaxşı bilirsiniz. Biz, prezident Vladimir Putinin dediyi kimi, heç bir münaqişə istəmirik. Lakin NATO-dan olan tərəfdaşlarımız əgər bəyan edirlərsə ki, alyansa daxil olmaq arzusunda olan hər hansı ölkəyə heç kimin diktə etmək hüququ yoxdur, o zaman biz də beynəlxalq hüququn müddəasına istinad edirik ki, hər bir dövlət təhlükəsizlik sahəsində öz qanuni maraqlarını təmin etmək yollarını seçmək hüququna malikdir”.