Livanda sülhməramlılara hücum edildi

Livanda sülhməramlılara hücum edildi
Livan, paytaxt Beyrut

Livanda sülhməramlılara hücum edildi Eastnews.org-un verdiyi xəbərə görə, Livanda BTM-nin bu ölkədəki sülhməramlıları olan UNIFIL-ın Finlandiyadan olan hərbçilərinə atəş açılıb və daşqalaq edilib. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə zərər dəydiyi bildirilir. Bu barədə Finlandiyanın quru qoşunları məlumat verib. “Bazar ertəsi axşam, yerli sakinlərdən ibarət kütlə Livanın cənubundakı ərazilərində patrul missiyası aparan Finlandiya sülhməramlılarını dayandırdı. "Patrul hərəkəti nəqliyyat vasitələri ilə maneə törədildi. Əhali təhlükəli davranaraq avtomobillərə daş atdı və yan güzgüləri sındırdı. Bir neçə nəfər tapançadan atəş açdı”, - deyə məlumatda bildirilir.

“Finlandiya hərbçiləri yolu bağlayan avtomobilləri geri itələyə bildilər. Sülhməramlılar nəqliyyat vasitələrini tərk etmədi və güc tətbiq etmədi”, - deyə məlumatda qeyd edilib.

Eastnews.org/Giperssilka.ru