London küçələrində müsəlmanlara iPhone 12 Pro Maxs müqabilində orucu açmaq təklif edildi

London küçələrində müsəlmanlara iPhone 12 Pro Maxs müqabilində orucu açmaq təklif edildi

Giperssilka İslamNews-a istinadən xəbər verir ki, bloqqerlər Yusuf Kabani və Kriestiana Ramazan ayında London küçələrində müsəlmanlara dayanıqlıq sınağı keçiblər. Yoldan keçən bəzi insanların reaksiyası olduqca gözlənilməz olub.
Səhnələşdirmənin mahiyyəti belə idi: Kristiana londonlu müsəlmanlardan birini dayandırıb oruc tutub-tutmadığını soruşmalı idi. Cavab "bəli" olsaydı, böyük bir mükafat - yeni iPhone 12 Pro Max üçün su içməyi təklif edir. Həmsöhbət təəccüblənir və bunu etməkdən qəti şəkildə imtina edir.

Öz növbəsində, Yusif subyektin razılaşmadan (telefonu qəbul etməkdən, red.) imtina etdiyini görərək təsadüfi yoldan keçən şəxs kimi sınaq subyektinə yaxınlaşmalı olur. Kristiana Yusifə keçid edir və orucunu pozmaqdan imtina edən müsəlmanın iştirakı ilə bənzər bir təklifi ona da edir.

Ənənəvi ərəb geyimləri geyinmiş Yusif bahalı smartfonu almaq üçün asanlıqla su içməyə razılaşır. Təəccüblənən digər içtirakçılar bu dəfə Yusifə orucunu kəsməməyi tövsiyə etməyə başlayır.  Onu inandırmağı bacarmayan bəzi iştirakçılar su qabını onun ağzından qoparır. Çəkilişlərin sonuncusunda pakistanlı bir müsəlman olub və o, Yusifə bu təklifə boyun əyməyəcəyi təqdirdə eyni "iPhone"u verəcəyini söyləyir.

Sadə müsəlmanların bu sosial testdə verdiyi qəti reaksiyaalar, müsəlmanların Ramazan ayında oruc tutmaq üçün nə qədər həssas olduqlarını göstərdi. İnamın möhkəmliyi üçün sınaq iştirakçılarının hər birinə həqiqətən də iPhone 12 Pro Max telefonu hədiyyə edilib.

Giperssilka.ru