"Mavi Mərmərə" şəhidlərinin qatili nazir oldu

Qabi Aşkenazi

Giperssilka.ru Muslimport-a istinadən xəbər verir ki, Mavi Mərmərə şəhidlərinin əsas qatillərindən biri Qabi Aşkenazi sionist İsrail rejiminin xarici işlər naziri postuna gətirilib. O, sionist rejimdə Benyamin Netanyahi və Benni Qantzın qurduğu koalisiya kabinetində XİN rəhbəri vəzifəni tutacaq. 

Xatırladaq ki, Mavi Mərmərə gəmisi Türkiyədən Fələstinə ərzaq və tibbi yardım aparmaq üçün yola çıxmışdı. 2010-cu ilin mayında Qəzza sərhədlərinə çatan humanitar yardım gəmisinə hücum edən sionist rejim qüvvələri ictimai fəallara odlu silahlardan atəş açmış, 10 nəfər fəalı qətlə yetirib. 

Bu vandalizm aktı zamanı İsrail Ordu Baş Qərargahının rəsi olan Q.Aşkenazinin mühakimə olunduğu məhkəmə prosesi Türkiyə-İsrail sazişi əsasında ləğv edilib. 

Giperssilka.ru