May ayının 16-dan 22-dək

Azərbaycan ruhaniləri tərəfindən may ayının 16-dan 22-dək olan dövr "Qüds Həftəsi" elan edilib.

Təşəbbüskar bunu qarşıdan gələn Ümumdünya Qüds Günü ilə həmrəylik addımı olaraq atıb.


Giperssilka.ru xəbər verir ki, Azərbaycan ruhanilərinin Qüds Həftəsi” ilə bağlı videomüraciət yayıb. Video müraciətdə bildirilir:

“Əziz müsəlmanlar, müqəddəs Ramazan ayının axırıncı cümə günü Həzrət İmam Xomeyni (r) tərəfindən “Qüds Günü” elan edilmişdir. “Qüds Günü” məzlumların müdafiəsi, zalımların qarşısında dayanma, məzlumların müdafəsi, müsəlmanların vəhdət  günü, dünyada zor deyən qüdrətlərin qarşısında dayama, İslam ümmətinin zülmün kökü olan sionist rejimin əleyhinə fəryad çəkmə gündür.”


Cari il müqəddəs Ramazan ayının son cüməsi 28 may tarixinə müvafiq gəldiyindən bu il Ümumdünya Qüds Günü həmin tarixdə qeyd olunacaq. Əvvəlki illərdən fərqli olaraq, bu il koronavirus təhdidi ilə əlaqədar bir sıra ölkələrdə və şəhərlərdə “Qüds Günü” yürüşləri təxirə salınıb.

Giperssilka.ru