Mehdi Fərəc: "ABŞ hər yola baş vurur ki, Fələstin məsələsi unudulsun"

ABŞ hər nə edir ki, dünyada Fələstin məsələsi unudulsun. Bunu "Mehr" agentiyinə müsahibəsində araşdırmaçı-yazar, sənədli filmlər rejissoru Mehdi Fərəc bildirib.

Mehdi Fərəc:
Mehdi Fərəc:

Giperssilka.ru xəbər verir ki, agentliyin son günlərdə Səudiyyə Ərəbistanında yayımlamanan seriallarla bağlı "Sizcə, bu cür serialların yayımı ABŞ-ın elan etdiyi qondarma sülh planının ("Əsrin Sazişi", - "Mehrnews") reallaşması istiqamətindədirmi?" sualına cavabında M.Fərəc bildirib: "Əlbəttə elədir. Rəhmətlik İmam Xomeyni (r.a) 40 il əvvəl "Amerika böyük şeytandır" dediyi zaman bəlkə də bir çox müsəlman bunun nə qədər bəsirətli bir mesaj olduğunun fərqində deyildi. Dünyadakı hər cür ölüm, müharibə, terror həyata keçirən, terrorla mübarizə adı altında dünya miqyasında terror planlarını icra edən, xalqların sərvətlərini terror və işğallarla ələ keçirən və hüquqlarını əllərindən alan kimdir? Hal-hazırda davam edən və dünyanı bürümüş, İnsanların həyat şəraitini çətinləşdirməklə öz məqsədlərinə nail olmaq üçün ortaya atılan koronavirus prosesinin arxasından kim çıxdı? Dünya miqyasında sağlamlığa təhdid yaradan və sülhü təhlükə altında qoyan əsas fiqur bunu Qərbi Asiyada edə bilməzmi? ABŞ-ın müxətlif tipli addımlarının bir əsas məqsədi də bizi əsas hədəfdən mümkün qədər yayındırmaqdır. 

 

İslam İnqilabının əsas şüarlarından biri də Fələstindir. Fələstin məsələsi heç bir halda, heç bir şərtlər altında arxa plana keçirilə bilməz, onların istəyi isə tam da elə budur, Fələstin arxa plana keçirilsin. Bütün müsəlmanlar, xüsusən də Ərəb dünyası bu məsələdə hər zaman ayıq-sayıq olmalıdır. Əslində Fələstin məsələsi təkcə müsəlman dünyasının deyil, həm həqiqi xristianların, həm də həqiqi yəhudilərin əsas mövzusudur.

 

 Bu kontekstdə qarşıdan gələn "Ümumdünya Qüds Günü"nün müəyyən edilməsinin nə qədər uzaqgörən proqnoz olduğu, bu günün mesajlarının nə qədər bəşəri olduğu anlaşılır. Bu günün bəşəri mesajlarını dünyaya və bütün xalqlara anlatdıqda, ABŞ-ın qondarma sülh planının nə qədər qaranlıq və alçaldıcı olduğunu xalqlar da görəcək".

 

Qeyd edək ki, mübarək Ramazan ayı münasibətilə Səudiyyə Ərəbistanının MBC televiziyasında yayımlanmağa başlayan "Məxrəc 7" və "Ummu Harun" adlı seriallar başda Fələstin olmaqla bir sıra Ərəb ölkələrindən olan tamaşaçıların ciddi etirazlarına səbəb olub. Sosial şəbəkələrə də sirayət edən etirazlarda Səudiyyə Ərəbistanına aid MBC Media qrupuna bağlı kanalın baykot edilməsinə çağırışlar edilir.       

 

Mövzu bağlı "Mehrnews"un azərbaycanlı araşdırmaçı-yazar, sənədli filmlər rejissoru Mehdi Fərəcə suallar ünvanlayıb. Sözügedən müsahibə ilə ətraflı buradan tanış ola bilərsiniz.

Suudi dizilerindeki ana hedef "Yüzyılın Anlaşması"na hizmet etmektir

Giperssilka.ru