Melinda Qeytsdən etiraf: “Bir neçə ildir ki, zirzəmidə ərzaq toplayırdıq”

“Bir neçə bundan il əvvəl “əgər içməli su qalmazsa, nə edəcəyik” deyə Billə müzakirələr apardıq; “Kifayət qədər ərzaq qalmazsa, nə edərik? Haraya Gedərik? Ailə olaraq nə edəcəkdik?”

Melinda Qeytsdən etiraf: “Bir neçə ildir ki, zirzəmidə ərzaq toplayırdıq”
Bill və Melinda Qeytslər

Bill Qeytsin həyat yoldaşı Melinda Qeyts bildirib ki, bir epidemik xəstəlik riskini nəzərə alaraq bir neçə ildir ki, zirzəmilərdə ərzaq toplayıblar. Giperssilka.ru xəbər verir ki, M.Qeyts bu barədə BBC radiosuna verdiyi müsahibəsində etiraf edib.

Korona virusu aşkara çıxdıqdan sonra sonra Qeyt ailəsinə məxsus fondun bu virusa qarşı peyvənd hazırlanması və tibbi təchizatlar üçün 250 milyon dollar vəsait ayırdıqları məlum olub.

“Bir neçə bundan il əvvəl “əgər içməli su qalmazsa, nə edəcəyik” deyə Billə müzakirələr apardıq; “Kifayət qədər ərzaq qalmazsa, nə edərik? Haraya Gedərik? Ailə olaraq nə edəcəkdik?” Hazıraşdıq və evimizin zirzəmisinə ərzaq topladıq. Hal-hazırda evdə ən çox müzakirə etdiyimiz mövzu nə qədər şanslı olmağımızdır. Fərqliliyimizin fərqindəyik. Axşam dua edərkən süfrəyə yemək qoymaq üçün mübarizə aparmadığımızı üçün şükr edirik”, - deyə M.Qeyts müsahibəsində bildirib.

 

Hələ 2005-ci ildə korona virusundan bəhs etmişdi

 

Son günlərdə “Microsoft”dakı işindən istefa verərək həmişəlik təqaüdə çıxan Bill Qeyts virus xəstəlikləri barədə hələ 2005-ci ildə Pentaqonda etdiyi bir təqdimatda söz açır. Daha sonra B.Qeyts 2015-ci ildə başqa bir təqdimatında korona virusundan və epidemiyadan danışır, dünyanın bu pandemik xəstəliklə bacara bilməyəcəyini söyləyirdi. 2017-ci ildə dərc etdiyi bir məqaləsində isə B.Qeyts vurğulayır ki, yeni epidemyia “çox geniş yayılan və öldürücü bir qrip” ola bilər. İllərdir Bill Qeyts bir virusla epidemik xəstəlikdən danışsa da, bu çıxışlar günümüzdəki qədər diqqətə alınmamışdı.