Məscidül-Həramda qadın təhlükəsizlik işçiləri işə başladı

Məscidül-Həramda qadın təhlükəsizlik işçiləri işə başladı

Həcc və Ümrənin Təhlüəsizlik Xidmətinin qadınlardan ibarət hərbi bölməsi Məkkə şəhərindəki Məscidül-Həram məscidində xidmətə başlayıb.

Giperssilka "Shafaqna"ya istinadən xəbər verir ki, qadın hüquq-mühafizəçiləri hərəmin təhlükəsizliyinin təminatı ilə bağlı bir çox işləri, o cümlədən də hərəmdə qadınlarla bağlı olan bütün təhlükəsizlik işlərinin təşkili və nəzarətini yerinə yetirirlər.

Bu, çox sayda yerli qadının təhlükəsizlik xidmətlərinə qəbulu və onların hərbi hazırlıq keçməsindən sonra mümkün olub.