Məscidün-Nəbinin (s) qapıları ibadətə açılacaq

Məscidün-Nəbinin (s) qapıları ibadətə açılacaq
Müqəddəs Mədinə şəhəri, Peyğəmbər (s) məscidi

Giperssilka.ru xəbər verir ki, müqəddəs Mədinə şəhərində yerləşən Peyğəmbər (s) Məscidinin qapıları qarşıdakı bazar günü möminlərin üzünə açılacaq. Bu barədə Səudiyyə televiziyası məlumat yayıb.

Məlumata görə, Səudiyyə kralının təlimatı əsasında Səud rejimində 2 mərhələli keçidlə müqəddəs məkanların açılması nəzərdə tutulub. Bu tədbirlər çərçivəsində ilkin olaraq Məscidün-Nəbiyə (s) yenidən zəvvarların daxil olmasına imkan veriləcək.

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar başda müqəddəs Kəbə evi olmaqla Səudiyyədəki müqəddəs məkanlar ziyarətlər üçün qapadılıb.

Giperssilka.ru