Milli Məclisin iclasının gündəliyinə dəyişiklik edilib

Milli Məclisin iclasının gündəliyinə dəyişiklik edilib

Baş prokurorun vəzifəyə təyin olunmasına razılıq verilməsi haqqında məsələyə Milli Məclisin sabahkı iclasında baxılacaq.

Giperssilka.ru Sputnik-ə istinadən xəbər verir ki, Milli Məclisin mayın 1-də keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, "Azərbaycan Respublikasının Baş prokurorunun vəzifəyə təyin olunmasına razılıq verilməsi haqqında" məsələ gündəliyə daxil edilib.

Ümumilikdə sabah keçiriləcək iclasın gündəliyinə 27 məsələ daxil edilib.

Qeyd edək ki, Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.

K.Əliyev Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviridir.