Minnesotada polis idarələri yandırılır, dükanlar qarət edilir VİDEO

Tramp çıxışında qaradərili C.Froydun polis tərəfindən vəhşicəsinə öldürülməsinə etiraz edənləri "quldur" adlandırıb. 

Minnesotada polis idarələri yandırılır, dükanlar qarət edilir VİDEO
ABŞ Prezidenti Donald Tramp

Giperssilka.ru xəbər verir ki, ABŞ-ın Minnesota ştatında etirazlar nəzarətdən çıxmaqdadır. Ötən gecə artıq ştatın polis idarələrindən üçüncüsü narazı insanlar tərəfindən yandırılıb.

Ştatda marketlər, dükan-bazarlar, geyim və zərgərlik maqazaları qarət edilir, yandırılır. 

ABŞ prezidenti Donald Tramp isə son açıqlamasında etirazçıları qınayaraq onları ştata federal ordu göndərməklə təhdid edib. Tramp çıxışında C.Froydun polis tərəfindən vəhşicəsinə öldürülməsinə etiraz edənləri "quldur" adlandırıb. 

Xatırladaq ki, ştatda etirazlar mayın 25-də iki ağdərili polisin qara dərili vətəndaşı işgəncə altında və hər kəsin gözü qarşısında öldürməsi etirazları körükləyib. Bu Amerikada qaradərililərə qarşı ədalətsizliyin növbətisidir. Ən son Feryuson hadislərində də qaradərililər polis tərəfindən küçədə öldürülmüşdü.

Giperssilka.ru