Moskva müsəlmanları Yaxın Şərqdə ehtiyaclı ailələrə kömək edir

Moskva müsəlmanları Yaxın Şərqdə ehtiyaclı ailələrə kömək edir

Moskva müsəlmanları həmyerliləri və əmək miqrantları ilə bərabər Rusiyadan kənarda olan dindarlara da kömək edirlər. Moskva müsəlmanları Livan, Yəmən və Fələstində minlərlə ehtiyacı olan ailələrə kömək edir. Bu haqda Moskvanın müftisi İldar Alauddin bildirib.

 

"Deyerler.org"un iqnanews.ru-ya istinadən verdiyi xəbərə görə, bir aydan çoxdur ki, Moskva müsəlmanları Livanda, Fələstində, Yəməndə olan müsəlmanlara kömək edir. "Livandakı 1000 ailəyə, Fələstində 1500 ailəyə və Yəməndə 1000 ailəyə yardım edilib. Hər bi ailəyə çatacaq qədər vəsait topladıq və köçürdük. Hazırlanan yardım bağlamaları hər biri bir ailəyə bir neçə həftə təmin edəcək", - deyə İldar Alauddin söyləyib. Onun sözlərinə görə, Moskva müsəlmanları ehtiyacı olanlara dəstək və kömək etməyə davam etməyə hazırdır. "İndi bizim üçün çətin olduğunu anlayırıq və bizə yaxın olan bir çox insanlar da ehtiyac içindədir. Lakin biz, dövlətimizin hüdudlarından kənarda olan ehtiyaclı insanların da olmasını bilirik”, - deyə Moskva müftisi qeyd edib.

"Deyerler.org"/Giperssilka.ru