Moskvada İmam Cəfər Sadiqin (ə) şəhadət günündə Şəhid Mübarizin şəhadəti də yad olunub FOTO

Şəvval ayının 25-də (17 iyun 2020) İmam Cəfər Sadiqin (ə) şəhadət günüdür.

Moskvada İmam Cəfər Sadiqin (ə) şəhadət günündə Şəhid Mübarizin şəhadəti də yad olunub FOTO
Moskva İslam Mərkəzi

Giperrssilka.ru xəbər verir ki, bu münasibətlə Moskvada keçirilən əza məclisində həm də Azərbaycan Milli Qəhrəmanı, Şəhid Seyyid Mübariz İbrahimovun şəhadətinin ildönümü də yad olunub. 

Moskva İslam Mərkəzində Moskva Əhli-beyt (ə) Cəmiyyətinin təşkil etdiyi mərasim Quran tilavətilə başlayıb. Əza mərasiminin davamında ruhani Hacı Oqtay Məmmədov çıxış edərək Şəhid Mübarizin Azərbaycanın fəxri olduğunu, onun işğal altındakı Azərbaycan torpaqlarının azad edilməsində ölkə gəncliyi üçün ən gözəl nümunələrdən biri oldulduğunu qeyd edib.

Ali Məqamlı Rəhbərin RF-dəki nümayəndəsinin müavini, Seyyid Hacı Mənsur Təhmasibi İmam Cəfər Sadiqin (ə) qarşılaşdığı çətinliklərdən, zamanında yaşadığı real tarixi hadisələrdən söz açaraq İmamın (ə) İslami maarifdəki misilsiz xidmətlərinin rahat başa gəlmədiyini vurğulayıb. Seyyid Mənsur Təhmasibi qısa ziki-müsibətlə İmamın (ə) şəhadətinin acısına işarə edib. 

Əhli-beyt (ə) Cəmiyyətinin sədri Hacı Nizami Baloğlanov bildirib ki, cəmiyyət dini ayinlərlə yanaşı Azərbaycan şəhidlərinin şəhadətlərini də unutmur, o cümlədən İmam Cəfər Sadiqin (ə) şəhadətində vətənin qeyrətli oğlu, İmam Cəfər Sadiqin (ə) layiqli övladı Seyyid Mübariz də yad edilib, qəhrəmanlıq dolu şəhadəti anılıb. Hacı Nizami bldirib ki, bu gündən sonra təşkilatın mərasimləri davam etdirləcək.   

Əza məclisi camaatla qılınan məğlib və işa namazları ilə yekunlaşıb. 

Qeyd edək ki, bu mərasimlə Moskva İslam Mərkəzində dini ayinlərin keçirilməsi bərpa olunub.

Giperssilka.ru