Moskvada Ramazan çadırında İran günü qeyd olunub

Moskvada Ramazan çadırında İran günü qeyd olunub
Moskvada Ramazan çadırında İran günü qeyd olunub
Moskvada Ramazan çadırında İran günü qeyd olunub
Moskvada Ramazan çadırında İran günü qeyd olunub
Moskvada Ramazan çadırında İran günü qeyd olunub
Moskvada Ramazan çadırında İran günü qeyd olunub
Moskvada Ramazan çadırında İran günü qeyd olunub

Giperssilka "İRNA"-ya istinadən xəbər verir ki, Moskvada 16-cı ilini keçirdiyi Beynəlxalq Ramazan Çadırında Müqəddəs Ramazan ayının 13-cü günü İrana həsr edildi. Bu münasibətlə "İran və insan ləyaqəti" günündə İran İslam Respublikasının səfiri və Rusiya Müftilər Şurasının vəkili  iştirak ediblər.

Bu çadır müqəddəs Ramazan ayınnın ilk günündən etibarən, gigiyenik təlimatlara əməl edərək, Moskvanın Zəfər Parkındakı Şəhidlər Məscidinin ərazisində qurulub. Bu çadır (bazar ertəsi ​günü) İran İslam Respublikasını qəbul edib.

Bu mədəni proqram Moskva müsəlmanlarının möhtəşəm iştirakı ilə keçirilib. İranın Rusiya Federasiyasındakı səfiri Kazim Cəlali, Moskva İslam Mərkəzinin prezidenti Höccətül-İslam Sabir Əkbəri Ciddi, Rusiya Müftilər Şurası sədrinin müavini Dəmir Mühyiddinov çıxış ediblər. Çıxışlar  rus və fars dillərinə tərcümə olunub.

Sonra İranın mədəni və görməli yerləri haqqında bir film nümayiş etdirilib. Bu filmdə Fars körfəzindəki bir neçə bölgə, Məşhəd, Tehran və İsfahan da daxil olmaqla İran şəhərləri də nümayiş olunub. İranı tanıtmaq üçün hər bir görməli yer barədə rus dilində müvafiq izahatlar verilib.

Moskvadakı Payam-e-İmam (RA) Məktəbinin şagirdləri tərəfindən dini bir ilahinin ifası, Ramazan çadırında İran gününün digər proqramlarından biri idi.

İran müsəlman ölkələri və dünya ilə əlaqələr qurmağa çalışır

İranın Rusiyadakı səfiri çıxışında deyib: "Bu xoş gündə və müqəddəs Ramazan ayında bütün din qardaşlarımla birlikdə Ramazan çadırında olduğum üçün çox xoşbəxtəm. Bu ayı əziz tuturam".

Cəlali daha sonra tədbirdə iştirak edən alimlərə işarə edərək deyib: "İslamın fəxr edəcəyi səbəblərdən biri də dəyərli alimləridir.

​ İran səfiri, bu günün islami və insani bir ləyaqət günü adlandırıldığını ifadə edərək, bunları söyləyib: "Uca Allah Qurani-Kərimdə Adəm övladlarına kəramət və şərafət bəxş etdiyini qeyd etmişdir. İnsana olan bu hörmət fərqli ölçülərdən araşdırıla bilər. Onun ölçülərindən biri də insanın ilahi iradəyə tabe olmasıdır. İlahi iradədən başqa heç kimə tabe olmasın. Uca Allah insan ləyaqətini qorumaq üçün ağıl və din ünsürünü yaratmışdır. Həm ağıl, həm də din insanı azadlığa çağırır.

Cəlali çıxışının başqa bir hissəsində deyib: "İran milləti ilə düşmənçiliyin sirri, İran xalqının insan ləyaqətini qorumaq üçün çox çalışmasıdır. Başqa millətlərə hakim olmaq istəyən güclər insanların ləyaqətlərini zədələyib məhv edirlər.

 

O, xatırlatdı ki, İmam Xomeyni (RA) daima İran millətinin ləyaqətini qorumağa çalışırdı. İslam İnqilabının qələbəsindən sonra 42 il ərzində İranın bu qədər sanksiya və düşmənçiliyə məruz qalmasının səbəbi, islam ləyaqətini qorunması idi.

Bu gün ən sərt sanksiyalara baxmayaraq, İranın sanksiyalara qarşı dik durması və ləyaqətini müdafiə etməsindən məmnunuq.

Təəssüf ki, ABŞ da daxil olmaqla bəzi güclər və sionist rejimi insan ləyaqətini əzib yox etməyə çalışırlar. Fələstinin işğal olunmuş ərazilərində bu qeyri-insani davranışın sübutlarını görürük.

Bir müsəlman ölkəsi olaraq, ABŞ-dan başqa, dünyanın bütün ölkələri, eyni zamanda, bütün islam ölkələri ilə əlaqələr qurmağa çalışırıq. Çünki Amerika zülm edir.  Biz rəsmi olaraq sionist rejimi də  tanımırıq.

Qonşumuz olan böyük Rusiya ölkəsinin İranla çox yaxşı münasibətləri var. İki ölkənin lideri Ayətullah Xamenei və Vladimir Putinin son aylarda iki mühüm mesaj mübadiləsi apardıqlarını gördük. Bu gün biz İran-Rusiya münasibətlərinin parlaq dövrünü yaşayırıq.

Rusiyadakı müsəlman qardaş və bacılarımızın öz dinlərinə sərbəst şəkildə əməl edə bildikləri və heç bir məhdudiyyətlə üzləşmədikləri üçün çox xoşbəxtik. Rusiya müsəlmanlarının dini liderlərlə əməkdaşlıq etməsindən məmnunuq.

İran islam mədəniyyəti ilə zənginləşdirilmiş qədim bir mədəniyyətə sahib olan ölkədir.

Rusiya Müftilər Şurasının sədr müavini Dəmir Mühyiddinov  çıxışında söylədi: "İran müxtəlif iqlimi olan qədim sivilizasiyaya və zəngin mədəniyyətə sahib olan ən gözəl ölkələrdəndir. İslam mədəniyyəti onu daha da zənginləşdirmişdir".

Moskvada müqəddəs Ramazan ayı çadırına gəlincə, bunu yaxşı bir ənənə adlandırdı. Bu ənənə Rusiyadakı onlarla islam millətini və digər ölkələrin xalqlarını birləşdirir.

Mühyiddinov bütün məzhəblərə mənsub müsəlmanların bir-biri ilə dost olduqlarını bildirdi. İranın Moskvadakı səfirini Ramazan çadırında İran gününün keçirilməsi münasibətilə təbrik etdi.

O, "Rusiyadakı müsəlmanlar arasındakı münasibətlərin çox qədimi" olduğuna işarə edərk dedi: "Bu münasibətlər Rusiyada 1400 illik islam tarixi qədər qədimdir".

O, Rusiyadakı ilk islam cəmiyyətinin Dağıstan bölgəsinin Dərbənd şəhərində qurulduğunu qeyd etdi. "Gələn il Rusiyada islamın qəbul edilməsinin 1400-cü ildönümünü qeyd edəcəyik".

Rusiya müsəlmanları ilə İran arasında əlaqələr inkişaf etmişdir.

Rusiya Müftilər Şurası rəhbərinin müavini xatırlatdı ki, İstər Rusiya İmperiyası, istər Sovet İttifaqı, istərsə də çağdaş Rusiya dövründə Rusiya müsəlmanları İranla yaxşı münasibətlərdə olmuşlar. Bu münasibətlər həmişə inkişaf etmişdir.

Rusiyanın islam məktəblərində və məscidlərində türk və ərəb dilləri ilə yanaşı, fars dili üçüncü tədris dili idi. İndiki dövrdə Rusiya ilə İran arasındakı münasibətlər yeni səviyyəyə yüksəlib. İki ölkə rəsmilərinin səfərləri bunu göstərir.

Rusiyadakı İran nümayəndəlikləri mədəniyyət və maarifləndirmə sahələrində çox fəaldırlar. Bunlara Əl-Mustafa Universiteti, Rusiyadakı İran Mədəniyyət İdarəsi, İbn Sina Vəqfi və Sədra İnstitutu daxildir. Onların fəaliyyəti göz qabağındadır.

Daha sonra Dinlərin Yaxınlaşdırılması Dərnəyinin mərhum baş katibi Ayətullah Məhəmməd Əli Təsxirinin fəaliyyətinə toxundu. Onu Rusiya müsəlmanlarına ən yaxın qardaş kimi xarakterizə edərək dedi: "O, ürəyimizdə özü haqqında yaxşı bir xatirə qoydu.

 

İran xalqına sınaqlardan və çətinliklərdən başı uca çıxmasını arzu edirik. İslami İranın dünyada islamı dəstəkləyən sütunlardan birinə çevrilməsini istəyirik”.

Moskvanın İslam Mərkəzinin rəhbəri İran günündə fərqli məzhəblərə mənsub olan müsəlmanların birlik içərisində bir araya gəldikləri üçün təşəkkür etdi.

Əkbəri Ciddi kəramət sözünün dini təlimlərimizdə xüsusi bir yeri olduğunu bildirdi: “Allah yalnız Kərim deyil, həm də ən Kərimidir. İslam Peyğəmbəri (s) də Quran ayələrinə görə ən kərimidir”.

O, Qurani Kərimdən bir ayəyə istinad edərək dinləyicilərə müraciət edib dedi: “Oruc vacib oldu ki, təqvaya yetişəsiniz. Yəni öz kəramətinizə və şərafətinizə yetişəsiniz”.

Müsəlmanların qəlblərinin yaxınlığı üçün qurulan bir çadır

Ramazan çadırı 2006-cı ildən bəri hər il Moskvada keçirilir. Bu mərasim Rusiya Müftilər Şurası tərəfindən Moskva Bələdiyyəsinin köməyi ilə Minskaya Məscidinin ərazisində qurulub. Bu çadır qrup halında iftar etmək, moizələr və milli peşəkar qrupların mühazirələrini və yaradıcılıq çıxışlarını dinləmək yeridir.

Bu çadırın proqramları müqəddəs Ramazan ayında hər gecə bir islam ölkəsi və ya bir islam bölgəsi tərəfindən təşkil edilir.

Hər il Rusiyanın bütün məzhəblərinin rəsmi nümayəndələri, Moskva hökumətinin nümayəndələri, Rusiya Dumasının və Federasiya Şurasının üzvləri, elm adamları, sənət adamları, iş adamları və müxtəlif millətlərdən və dinlərdən olan insanlar çadırı ziyarət edirlər. Həmçinin, çıxışları ilə ona zənginlik və gözəllik verirlər.

Bu çadırı hər gün yüzlərlə insan ziyarət edir. Ziyarətçilər ziyarət və görüş zamanı dini və fəlsəfi müzakirə iclaslarında və Quran tilavəti sessiyalarında iştirak etməyə dəvət olunurlar.

Bu çadır hər gün oruc tutan müsəlmanlara iftar verir. Qeyri-müsəlmanlar da bu iftara dəvət olunurlar.

İslam Rusiya Federasiyasında ikinci böyük dindir. İslamın Rusiyaya gəlişi tarixi Qəməri təqvimi ilə 8-ci əsrdən başlayır. Bu gün Rusiyada təxminən 30 milyon müsəlman yaşayır.

Giperssilka.ru