Müctəba Zünnuri: "İran şimal sərhədlərinin dəyişdirilməsinə icazə verməyəcək"

Müctəba Zünnuri:

Giperssilka "SPUTNİK"ə istinadən xəbər verir ki, İran İslami Şura Məclisinin üzvü və İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Dr. Müctəba Zünnuri mövzu iləbağlı "Sputnik"ə müsahibə verib. O, agentliyin İran İslam Cümhuriyyətinin şimal-qərb sərhədlərindəki Azərbaycan və Ermənistan arasındakı münaqişəli zonaya dair sualına cavabında  deyib: 

"İran İslam Cümhuriyyətinin mövqeyi çox açıq-aydın və qətiyyətlidir. Bölgə sərhədlərində heç bir dəyişikliyi qəbul etmirik. Bölgədəki ölkələrin ərazi bütövlüyü qorunmalıdır. Eyni zamanda, sərhədlərimizin yaxınlığında heç bir bölgədən kənar qüvvələrin yerləşdirilməsini qəbul etmirik. Buna görə də Ermənistan ərazisinin bir hissəsi hesabına (şərtlərimiz dəyişsə), yəni yeni qonşumuz olsa, bu, bizim üçün məqbuledilməzdir. Keçmiş sərhədlər tam qorunmalıdır. İran İslam Cümhuriyyətinin Ermənistanla ortaq sərhədi qorunmalıdır".

Daha sonra hər iki ölkənin (Azərbaycan və Ermənistanın, red.) ərazi bütövlüyünün qorunmasına işarə edən parlamentari vurğulayıb: 

"Biz də ərazi bütövlüyünün qorunub saxlanılmasında Azərbaycanın mövqeyini dəstəkləyirik. Ermənistanın ərazi bütövlüyünü, ərazisini və İranla qonşuluğunu qorumaq mövqeyini də dəstəkləyirik.

Biz hər iki ölkənin qonşusuyuq. Keçmişdə yaşadığımız şərtlərə əsasən, hər iki ölkə bizim qonşularımızdır. Bölgədəki hər hansı bir dəyişikliyi qəbul etmədən hər iki ölkənin ərazi bütövlüyünü dəstəkləyirik".

M.Zünnuri İsrailin bölgədə daha çox balıq tutmaq üçün suyu bulandırdığına işarə edərək deyib: 

"Sionist rejimin bölgədə ölkələr arasında ixtilaflar yaratmaq  istədiyini  bilirik. Onlar sonrakı müdaxilələri üçün bölgədə bir sıra tədbirlər görürlər. Bu mühüm məsələdir. Çox əhəmiyyət kəsb edən başqa bir məqam da budur ki, İsrailin və bölgədəki bəzi ölkələrin dəstəyi ilə sərhədlərimizin yaxınlığında təkfirçi və terror hərəkatları təsis edirlər. İran İslam Cümhuriyyəti bu məsələdə çox həssasdır, bu cür hərəkətlərə icazə verməyəcək. Sərhədlərimizdəki hər bir təhlükəsizlik probleminə ciddi şəkildə cavab veriləcək. Yad və qəribə insanların bura yerləşməsi mümkün deyil".

İranlı  parlamentari İsrailin bölgəyə giriş strategiyasını təhlükəsizlik, iqtisadiyyat və mədəniyyət baxımından bölgədəki bəzi ölkələri özündən asılı hala gətirmək istədiyinə işarə edərək deyib: 

"İsrail bölgədəki bəzi ölkələrin sistemini özündən asılı vəziyyətə salır. Hər bir ölkəyə daxil olan hər bir texnologiya və sənaye özü ilə bir mədəniyyət gətirir. Çünki işçi qüvvəsinin təlimə və texniki hissələrin tədarükünə ehtiyacı var.
İsrail öz silahlarını bölgədəki ölkələrin ordularına satıb. Nəticədə insan gücü baxımından onların intellektual infrastrukturuna və müdafiə sisteminə təsir edə bilər. Sionist rejimin müdafiə sistemi ilə birlik yaratması gələcəkdə bu rejim üçün faydalı olacaqdır. Buna görə də əsasən müdafiə və hərbi əlaqələr lazımdır. Bu asılılıq yarandıqdan sonra bölgədəki ölkələrin iqtisadiyyatında iqtisadi asılılıq yaranır. Çünki hər bir ölkə üçün ən vacib məsələ təhlükəsizlikdir. Dəyişilmə şüuraltı olaraq müdafiə və iqtisadi baxımdan bağlılıqlar meydana gəldiyi zaman baş verir. Nəticədə sionist rejim özünü qorumaq üçün bölgədə kök salır. Ancaq sionist rejimin mövcudluğu bölgədəki bütün problemlərə, etibarsızlığa və təhlükəyə səbəb olur. İran İslam Cümhuriyyəti bütün bu məsələlərə  həssasdır. Görəcəyi işi diqqətlə və vaxtında edəcək".

Giperssilka.ru