Müntəzir kimdir?

İmam Zamanı (əf) gözləyən şəxsin xüsusiyyətləri hansılardır? Müntəzir kimlərə deyilir?

Müntəzir kimdir?

Müntəzir o kəsdir ki , onun bütün hərəkət və davranışlarında intizar hiss olunsun. Necə ki evinə qonaq gələcəyini bilən bir şəxs əvvəlcədən hazırlıq görür, evini təmizləyir, təmiz paltar geyinir ki, qonağını gözəl şəkildə qarşılasın. İmam Zamanın (əf) zühuru da belədir. Hər dəqiqə, hər an onun zühuruna hazır olmalıyıq.

 

Müntəzirlərin vəzifələrindən bəziləri bunlardır:

1.İmamı tanımaq:

Hədislərdə belə buyurulmuşdur:

“Kim ölərsə və öz dövrünün imamını tanımazsa, cahiliyyət ölümü ilə ölmüşdür”. 

Qeyd etmək lazımdır ki, imamı tanımaq iki növdür:

a) Tarixi tanımaq, yəni İmam Zamanın (əf) kimin oğlu olduğu, neçənci imam olduğu və kiçik qeybət dövrü necə idi və buna bənzər digər məlumatları bilmək.

b) İmamın Allah yanındakı dəyərli və əzəmətli məqamını, pak və nurani vücudunu və onun mübarək vücudundan necə bəhrələnəcəyimizi bilmək.

2. O həzrəti (əf) sevmək və ona məhəbbət bəsləmək.

3. O həzrətlə (əf) uyğunlaşma yaratmaq.

Müntəzir o kəsdir ki, hər gün özünü ruhi,  fikri, əməli cəhətdən daha çox öz mövlasına bənzətməyə çalışsın. Bunun yolu günahdan uzaq durmaq , təqva və iman sahibi olmaq, əxlaqi fəzilətlərə yiyələnməkdən başqa bir şey deyildir.

4. İmam Zamanın (əf) zühuruna zəminə yaratmaq üçün gecə-gündüz çalışmaq.

5. İmamı (əf) gözləyən digər müntəzirlərlə əlaqə yaradıb intizar ruhiyyəsini daha da gücləndirmək və bu yolla imamın köməkçilərinin sayının artmasında kömək olmaq.

6. Dualar vasitəsilə İmamla (əf) mənəvi rabitə yaratmaq. (Nüdbə, Ali Yasin, Əhd duası və s.)

7. İmam Zamanın (əf) salamatlığı üçün sədəqə vermək.

8. O həzrətin (əf) zühuruna ümid edib səbrli olmaq və digərlərini də Ağanın (əf) zühurundan ümidvar etmək.

 

Giperssilka.ru