Müqəddəs Ramazan ayında ustad qaridən virtual Quran dərsləri FOTO-VİDEO ANONS

  Qarşıdan gələn müqəddəs Ramazan ayı boyunca hər gün ustad qari tərəfindən virtual Quran tədrisi həyata keçiriləcəkdir.

      Giperssilka.ru xəbər verir ki, sözügedən dərsləri tanınmış ilahiyyatçı, ustad qari Hacı Namiq Abışov keçirəcəkdir.  


   Mövzu ilə bağlı GSS-yə ətraflı açıqlama verən Moskva İslam Universitetinin müəlimi, Beynəlxalq Əl-Mustafa Universitetinin Darul-Quran şöbəsinin sədri Hacı Namiq Abışov bildirib: “Hər mübarək Ramazan ayında biz məscidlərdə Quran proqramlarımızı və tilavət dərslərimizi həyata keçirirdik. Amma hazırkı məlum şəraitlə bağlı insanların koronavirus karantinində olduğunu nəzərə alaraq evlərdən çıxa bilmirlər, məscidlər və digər ictimai yerlər fəaliyyət göstərə bilmir və sair. Bütün bunları nəzərə alaraq bu qərara gəldik ki, həmin Quran xidmətlərini insanlara öz evlərində göstərək.

 

Hər bir müsəlman Quranı oxumağı arzulayır, lakin məşğuliyyətlərin çoxluğundan insanlar bu mühüm işə vaxt ayıra bimirlər. Necəki mübarək Ramazan ayı Quranın bahar ayı və Quranın nazil olduğu aydır, bu karantin günlərində də bu böyük bir fürtsətdir ki, müsəlmanlara, istəyənlərə belə bir xidmət göstərək. İndi belə bir imkan və belə bir fürsət yaranıb ki, hər kəs evdə otura-otura və çox qısa bir müddətdə, 4-5 dərslə edə bilərlər ki, Quranı oxumağı öyrənsinlər.

 

İnşaAllah ki, müqəddəs Ramazan ayı bitənə kimi də mükəmməl Quran dərslərini əldə edə biləcəklər. İnşaAllah, bu dərslərlə yanaşı hər gün müqəddəs Qurani-Kərimin bir cüzü də tilavət olunacaq”. 


    Qeyd edək ki, dərslər Hacı Namiq Abışovun instaqram səhifəsində canlı keçiriləcək. İnşaAllah, canlı yayımlar müqəddəs Ramazan ayı boyunca Moskva saatı ilə 13:00-dan, Bakı saatı ilə isə 14:00-dan başlayacaqdır.  


    Quran qarisi N.Abışovun müqəddəs Ramazan ayının fəzilətləri barədə cari söhbətlərinin ilkini aşağıdakı video materialdan izləyə bilərsiniz:


Giperssilka.ru