Müqəddəs Ramazan ayının 15-ci günü (9 may 2020) Həzrət İmam Həsən Müctəbanın (ə) mübarək doğum günüdür

4-cü məsumdan 4 hədis Mübarək Ramazan ayının 15 -ci günü (9 may 2020)  İmamət (ə) səmasının ikinci ulduzu həzrət İmam Həsən Müctəbanın (ə) mübarək doğum günü münasibətilə bütün Əhli-Beyt (ə) aşiqlərini, hər kəsi təbrik edirik.

Müqəddəs Ramazan ayının 15-ci günü (9 may 2020) Həzrət İmam Həsən Müctəbanın (ə) mübarək doğum günüdür
Müqəddəs Ramazan ayının 15-i (09 May 2020) İmam Həsən Müctəbanın (ə) mövlud günüdür.

 İmam Həsəndən (ə) 4 hədisi  diqqətinizə çatdırırıq:

1. Dəstəmazdan sonra dua

Nəql olunur ki, İmam Həsən (ə) dəstəmaz alarkən halı dəyişər, Allah-Taalanın qorxusu canına hopar, rəngi saralar, bədəni titrəyər və dəstəmaz aldıqdan sonra uca səslə deyərdi:

إِلهي ضَيْفُكَ بِبابِكَ، يا مُحْسِنُ قَدْ أَتاكَ الْمُسىءُ فَتَجاوَزْ عَنْ قَبِيحِ ما عِنْدَنا بِجَمِيلِ ما عِنْدَكَ يا كَرِيمُ
“İlahi, qonağın qapına gəlib! Ey ehsan edən, günahkar bəndən Sənə tərəf gəlib! Ey kərəm sahibi, öz dərgahındakı gözəlliyinlə bizim pisliklərimizi bağışla!”

 (“Əl-mənaqib”, İbn Şəhr Aşub, c.4, səhş17.)

 

2. Mürüvvət, kərəm və alicənablıq nədir?

İmam Həsəndən (ə): “Ey Əbu-Muhəmməd, bu üç xislətin – “mürüvvət”, “kərəm” və “alicənab”lığın mənası nədir?” – deyə soruşulduqda, Həzrət (ə) buyurdu:

أما المروة فإصلاح الرَّجُلِ عَلى دينِهِ، وحسن قيامه على ماله، وإفشاء السلام والتحبب إلى الناس
“Mürüvvət insanın öz dini işlərini islah etməsi, malını yaxşı qoruması, salam verməsi və insanlara məhəbbət bəsləməsidir.”
والكرم العطية قبل السؤال، والتبرع بالمعروف، والاطعام في المحل
“Kərəm bir şeyi başqasına istəməmişdən öncə vermək, yaxşı işlərdə əməkdaşlıq etmək, aclıq və quraqlıq vaxtı insanları yedizdirməkdir.”
ثم النجدة الذب عن الجار والمحاماة في الكريهة والصبر عند الشدائد
“Alicənablıq isə qonşunu müdafiə etmək, pislik və çirkinlərdən uzaq olmaq və çətinliklərə səbir etməkdir.”

(“Tarixul-Yəqubi”, c.2, sәh.202.)

 

3. Təəccüb edirəm o şəxsə ki...

İmam Həsən (ə) buyurmuşdur:

عَجِبْتُ لِمَنْ يُفَکِّرُ في مَأکُولِهِ کَيْفَ لا يُفَکِّرُ في مَعْقُولِهِ، فَيَجْنِبُ بَطْنَهُ ما يُؤْذيهِ، وَ يُوَدِّعُ صَدْرَهُ ما يُرْديهِ
“Yeməyinin fikrində olan, amma ağlı(nın qidası) haqqında fikirləşməyən şəxsə təəccüb edirəm! Belə ki, qarnını onu əziyyət edəcək şeylərdən qoruyur, qəlbini isə hər nə ilə doldurur.”

(“Biharul-ənvar”, c.1, səh.218.)

 

4. Gözəllər gözəli

İmam Həsən (ə) buyurmuşdur:

إِنَّ أَحْسَنَ الْحَسَنِ الْخُلُقُ الْحَسَنُ
“Hәqiqәtәn, gözəllər gözəli gözəl əxlaqa sahib olmaqdır.” (“Əl-xisal”, Şeyx Səduq, sәh.29, hədis 102.)

 

Bayramınız mübarək olsun!

Maide.az/Giperssilka.ru