Müqəddəs Ramazan ayının ilk günü ilə bağlı AÇIQLAMA 

Müqəddəs Ramazan ayının ilk günü ilə bağlı AÇIQLAMA 

Giperssilka "ABNA"-ya istinadən xəbər verir ki, İslam İnqilabının Ali Məqamlı Rəhbərinin İstihlal Qərargahının üzvü dr. Müvəhhidnijad müqəddəs Ramazanın ayının ilk günü ilə bağlı açıqlama edib. O, 100 hilal araşdırma qrupunun fəaliyyətinə toxunaraq bildirib: 

"Çox güman ki, çərşənbə günü - aprelin 14-ü müqəddəs Ramazan ayının ilk günüdür".

Höccətülislam-vəlmüslimin dr. Müvəhhidnijad qeyd edib ki, bazar ertəsindən etibarən müxtəlif bölgələrdə mütəxəssislərdən ibarət təxminən 100 qrupun müqəddəs Ramazan ayının hilalını görməyə çalışacaq.

"Proqnozlar budur ki, ay bazar ertəsi axşamı görünməyəcək. Buna görə təqvimdə göstərildiyi kimi, çərşənbə axşamı (13 aprel 2021-ci il, - red.) 30 Şəban və çərşənbə günü (14 aprel 2021-ci il tarixi, - red.) müqəddəs Ramazan ayının ilk günü olacağını gözləyirik",

- deyə ekspert bildirib. 

Dr. Müvəhhidnejad təkid edib ki, çərşənbə gününün proqnozları ilə bağlı fikir ayrılığı yoxdur. "Həmçinin çərşənbə mübarək Ramazan ayının ilk günü olmayacağı ehtimalı çox azdır", - mütəxəssis vurğulayıb.

Giperssilka.ru