Naftali Bennet: “İranla nüvə danışıqları dərhal dayandırılmalıdır”

Naftali Bennet: “İranla nüvə danışıqları dərhal dayandırılmalıdır”

Giperssilka.ru MEHR-ə istinadən xəbər verir ki, sionist rejimin rəhbəri dünya güclərini İranla nüvə müzakirələrini dərhal dayandırmağa çağırıb:

“İran danışıqlar taktikası kimi nüvə sazişi məsələsinə əl atıb. Buna cavab vermək üçün danışıqlar dərhal dayandırılmalı, dünya gücləri sərt addımlar atmalıdır”.

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) dünən İranın Ford zavodunda 166 qabaqcıl IR-6 kaskadı və ya çoxluğu ilə 20 % saf uranın zənginləşdirilməsi prosesinə başladığını iddia edib.

İsrail rejiminin rəhbəri də buna istinadən Tehranın nüvə öhdəliklərini pozduğunu iddia edib və onun fikrincə, dünya gücləri bu səbəbdən Tehranla nüvə danışıqlarını dayandırmalıdır.

Giperssilka.ru