Nəcməddin Ərbakanın oğlu COVİD və vaksin yalanlarını ifşa etdi VİDEO

Giperssilka xəbər verir ki, Türkiyənin Yenidən Rəfah Partiyası COVİD-19 və vaksinasiya prosesi ilə bağlı mətbuat konfransı keçirib.

Konfransda partiyanın rəhbəri, Türkiyənin mərhum baş naziri Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakan vaksinasiya prosesi ilə bağlı məhdudiyyətlərinin tətbiq edilməsini hüquqa zidd adlandırıb. O, məhdudiyyətlərin tətbiq edilməsinin nəticəsinin vaksinasiyaya məcbur edilmə olduğunu deyib.

Fatih Ərbakan Covid-19-un bir neçə virusun birləşdirilərək laboratoriyada ortaya çıxdığını və insanlığın gələcəyi üçün təhlükə olduğunu söyləyib.

Professor Fatih Fındık da vaksinlərin insanlarda immunitet yaratmadığını, əksinə olaraq əlavə qalıcı xəstəliklərə səbəb olduğunu söyləyib. O, bir çox ölkələrdəki statistik məlumatlar arasındakı uyğunsuzluqlara da diqqət çəkərək vaksinasiyanın xəstəliyin qarşısını almaq məqsədi daşımadığını qeyd edib.

Mətbuat konfransına aşağıdakı videodan baxa bilərsiniz:

Giperssilka.ru