“New York Times” qəzeti Şəhid Fəxrizadə cinayətinin yeni təfərrüatlarını işıqlandırıb

“New York Times” qəzeti Şəhid Fəxrizadə cinayətinin yeni təfərrüatlarını işıqlandırıb

Giperssilka.ru İran KİV-ə istinadən xəbər verir ki, "New York Times" qəzeti Şəhid Doktor Fəxrizadənin öldürülməsi ilə bağlı eksklüziv hesabat dərc edib.

"New York Times"ın dərc etdiyi bir hesabata görə, iranlı nüvə aliminin öldürülməsinə hazırlıqlar 2019-cu ilin sonu ilə 2020-ci ilin əvvəlləri arasındakı görüşlər zamanı görülüb.

Belə ki, o zamankı Mossad rəisi Yossi Kohenin başçılıq etdiyi İsrail rejimi rəsmiləri ilə ABŞ-ın sabiq prezident Donald Tramp, sabiq Dövlət Katibi Mayk Pompeo və sabiq CIA direktoru Gina Haspel kimi yüksək vəzifəli şəxslər arasında bu xüsusda görüşlər keçirilib.

Hesabatda bildirilir ki, Şəhid Fəxrizadənin adı 2007-ci ildə tərtib edilmiş Mossadın nəzarətindəki fiqurların siyahısında birinci yerdə idi və siyahı Kohen tərəfindən keçən ilin mart ayının ortalarında ABŞ rəsmilərinə verilmişdi.

Fəxrizadənin adı ilk dəfə Netanyahunun 2018-ci il mətbuat konfransında səsləndirilib. Belə ki, Netanyahu Mossadın İran nüvə arxivindən casusluq etdiyi sənədləri ortaya qoymuşdu.

Netanyahu hətta mətbuat konfransı zamanı bu məşhur ifadəni işlətmişdi: “Bu adı yadda saxlayın: Fəxrizadə!

Giperssilka.ru