"Newsweek" jurnalı İslam Peyğəmbərindən (s) sitat gətirdi FOTO

Dünyanın cənginə alan yeni növ koronavirus pandemiyasına qarşı tədbirlər görülməyə davam edir. Krantinlər tətbiq edilir, vaksinlər sınaqdan keçirilir.

Giperssilka.ru Maide.Az-a istinadən xəbər verir ki, bu arada isə ABŞ-ın məşhur "Newsweek" jurnalında Dr.Kraiq Konsidinenin imzası ilə məqalə dərc edilib və məqalədə İslam Peyğəmbərinin (s) bir neçə hədisinə yer verilib.

 

Professor qeyd edib ki, İslam Peyğəmbəri (s) oxşar vəziyyətlər üçün 13 əsr əvvəl bəzi tövsiyyələr verib:

"İslam Peyğəmbəri bildirib ki, bir ölkədə vəbanın yayıldığını eşitsəniz, oraya getməyin. O daha sonra "Təmizlik imandandır" deyə bildirir və "yuxudan qalxdıqdan sonra əllərinizi yuyun, siz bilmirsiniz yatarkən əlləriniz hara dəyib" kimi məsləhətlər verir. Peyğəmbər həmçinin onu da bildirir ki, yeməkdən əvvəl və sonra əllərinizi yuyun. Bəs birdən kimsə xəstələnərsə nə etsin? İslam Peyğəmbəri bunun da cavabını verib: "Həkimə müraciət edin. Allah dərmanı olmayan xəstəlik yaratmayıb, sadəcə qocalıqdan başqa."

Giperssilka.ru