Nigeriyada hərbi bazaya hücum nəticəsində 12 nəfər ölüb

Nigeriyada hərbi bazaya hücum nəticəsində 12 nəfər ölüb

Bir qrup silahlı Nigeriyanın Zamfara əyalətinin şimal-qərbindəki bir hərbi bazaya hücum edərək ən az 12 nəfəri öldürüb.

Giperssilka.ru MEHR-ə istinadən xəbər verir ki, bu hərbi bazanın iki vəzifəli şəxsi hücumun son günlərdə Nigeriyanın şimalında adam oğurlayanlara qarşı genişmiqyaslı əməliyyat başladan Nigeriya ordusuna qarşı qisas olduğunu bildirərək xəbəri təsdiqləyib..

Xatırlada ki, ötən həftə Nigeriyada bir qrup silahlı ölkənin şimalındakı Kaduna əyalətinin Keke kəndinə hücum edərək 7 uşaq da daxil olmaqla ən az 18 kəndlini qaçırıb.

Qeyd edək ki, Nigeriyanın şimal əyalətindəki hərbi qüvvələr son aylarda adam oğruları ilə mübarizə aparır.

 

Giperssilka.ru