Nigeriyada “Twitter”dən istifadə edənlər həbs olunacaq

Nigeriyada “Twitter”dən istifadə edənlər həbs olunacaq

Nigeriyada hökumət vətəndaşların “Twitter”ə daxil olmasını qadağan edib.

Giperssilka Oxu.az-a istinadən xəbər verir ki, “Vanguard” nəşri verir ki, Nigeriyanın Baş prokuroru və ədliyyə naziri Abubakar Malami ölkədə “Twitter”ə daxil olmaq qadağasını pozanların dərhal mühakimə olunması barədə göstəriş verib.

Bundan əvvəl isə Nigeriyanın informasiya və mədəniyyət naziri Lay Mohammed “Twitter”in iyunun 5-dən ölkədə işini dayandıracağını elan etmişdi.

Nazir sözügedən sosial şəbəkənin Nigeriyanın birliyini və təhlükəsizliyini pozmağa çalışanlar tərəfindən istifadə edildiyini vurğulamışdı.