Niyə Həzrət Adəm (ə) dini və həyanı deyil, ağılı seçdi?

Həyanın əhəmiyyəti o qədər böyükdür ki, Həzrət Peyğəmbər (s) aqillər haqqında buyurur: “Aqilin xüsussiyyəti budur ki, həya ondan heç bir zaman ayrılmaz.

Niyə Həzrət Adəm (ə) dini və həyanı deyil, ağılı seçdi?

Cahilin xüsussiyyəti budur ki, keşmiş günahlarından qorxmaz və ömrünün qalan hissəsində də günahdan əl çəkməz”.

Bu hədisdə təsdiqlənir ki, həyası olmayan insanın ağlı olmaz.

 

Həzrət Peyğəmbər (s) başqa yerdə buyurur: 

“Allah, ağlı Öz əzəli elmində gizlənmiş və heç bir peyğəmbər və mələyin agah olmadığı nur xəzinəsindən xəlq etmişdir. Həyanı onun iki gözü qərar vermişdir”.

 

İmam Əli (ə) buyurur:

“Cəbrayil (ə) Adəmə (ə) nazil olur və deyir: “Ey Adəm! Mən səni üç şey arasında ixtiyar sahibi etməyə vəzifələndirilmişəm. O üçündən birini seç və ikisini boş burax”.

 

Adəm (ə) deyir: “Ey Cəbrayil! O üç şey nədir?”.

O, deyir: “Ağıl, həya və din”.

Adəm (ə) deyir: “Mən ağılı seçirəm”.

Cəbrayil (ə) həya və dinə deyir: “Qayıdın və onu tərk edin”.

Həya və din deyir: “Ey Cəbrayil! Biz ağılla bir yerdə olmağa vəzifələndirilmişik. Harada olursa-olsun”.

Cəbrayil (ə) deyir: “İxtiyar özünüzdədir” və səmaya qalxır”. (Həvzəh)

 

Beləliklə deyə bilərik ki, o yerdə ki, ağıl olar, o yerdə həm həya olar və həm də din olar. Buna görə də Həzrət Adəm (ə) ağılı seçməklə, həm də həyanı və dini seçmiş oldu.

 

Deyerler.org/Giperssilka.ru