Noam Çomski: “Həmişə danışdığımız siniflərarası müharibə indi gedir”

Noam Çomski: “Həmişə danışdığımız siniflərarası müharibə indi gedir”
Amerikalı mütəfəkkir Noam Çomski

Məşhur amerikalı mütəfəkkir və filosof Noam Çomski ABŞ-ın qlobal koronavirus pandemiyasına münasibətini tənqid edib.

 

Deyerler.org xəbər verir ki, Çomski “Epidemiyadan sonrakı dünya” çıxışında bunları deyib: “Bəlkə də koronavirusla əlaqəli yaxşı şey, insanları hansı dünyanı istədiyimizi düşünməyə təşviq edəcək. Epidemiyadan sonra köhnəsi ilə əvəz olunacaq “yeni dünya nizamı” haqqında danışırıqsa, bu günə qədər razılaşdırılmamış qlobal baxışda dünya mənəviyyatının ən vacib məqamını mərkəzə qoymaqdan başqa bir həll yolu yoxdur. Demək olar ki, itirdiyimiz şey insan ləyaqətidir”.

 

ABŞ administrasiyasının koronavirusa qarşı mübarizəsini sərt tənqid edən Çomski, bunu Tramp administrasiyasının epidemiya ilə mübarizə yolunu “fəlakət” kimi xarakterizə edib. Amerikanın KOVİD-19 böhranının mürəkkəb və uyğunsuz müdaxiləsindən danışan mütəfəkkir, bunları deyib: “Həmişə danışdığımız siniflər arası müharibə indi gedir. İndi dünyadakı 5 milyon yoluxma halının dörddə birini təşkil edən və təxminən 100 min itki verən ABŞ-da, epidemiya bərabərsizliyi artırdı.

Həbsxanadakı məhkumlar xəstəlikdən qorunmaq üçün sabun və tualet kağızını almalı olurlar. Ancaq milyonlarla sərvət sahibi və varlı insan virusdan xilas oldu. Hətta bu böhran dövründə respublika rəhbərləri böyük şirkətləri xilas edir, Demokratik əyalətlərdə seçicilər isə, iqtisadi baxımdan əziyyət çəkirlər. Senatdakı çoxluğun lideri Mitç MakKonnell bu siyasətlərin memarıdır. O, hökumətdəki əsl dahi şeytandır. Dedi ki, təşviq proqramı mavi əyalətlərə pul ayıra bilməz. Nyu-York kimi, Demokratlara səs verən yerlər üçün pul yoxdur dedi. MakKonnell hesab edir ki, bunun səbəbi gələcək nəsillərin dövlət tərəfindən edilən səhvlərə görə ödəniş edə bilməməsidir. “Çoxlu pul xərcləmək istəyirlərsə, bunun əvəzini ödəməyəcəyik”, deyir. Beləliklə, gəlin kimə pul ödədiyimizə baxaq. Keçən il hava şirkətləri kimi super qazanc əldə etsələr də, bunu istehlakçıların xeyrinə istifadə etməyən, hətta sənayeni inkişaf etdirmək üçün yox, investorlar üçün pul toplamaq şirkətlərə baxaq”.

Deyerler.org/Giperssilka.ru