Növrəstə İbrahimova: “Hacı Əlikram ömrünün sonuna qədər Allahın dinin yayılmasında fədakarcasına xidmətlər göstərib” AUDİO/VİDEO

“Əvvala İlaxir çərşənbə və İmam Hüseynin (ə) mübarək mövludu münasibətilə müsəlmanları və haqq yolunun çarçılarını təbrik edirəm. Eyni zamanda İslam aləmində tarixi şəxsiyyət, din yolunda canından, malından keçməyə həmişə hazır olan Hacı Əlikram artıq 10 ildir ki, cismən bizləri tərk edib və axirətə qovuşub".

Növrəstə İbrahimova: “Hacı Əlikram ömrünün sonuna qədər Allahın dinin yayılmasında fədakarcasına xidmətlər göstərib” AUDİO/VİDEO
: :

"Allah hacıya rəhmət eləsin! Mən onu 1994-cü ildən tanımışam. Həmin vaxtlar Bakıda mədrəsələr açılmışdı. Biz də dinimizə təşnə olanlar kimi həmin mədrəsələrdə təhsil aldıq. Hacı Əlikram həmin vaxtdan Azərbaycan İslam Partiyasında fəaliyyət göstərirdi. Hacı Əlikram insanları həmin vaxtdan Allahın dininə, Peyğəmbərin (s) yoluna dəvət edirdi”.

AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova Hacı Əlikramın vəfatının 10-cu ildönümünü yad edərkən Giperssilka.ru-ya açıqlamasında bildirib. Ə.Əliyevin ölkədə İslam yolunda çəkdiyi zəhmətlərin nəticələrinə toxunan N.İbrahimova davamında deyib:

“Hacının bu yolda çəkdiyi heç bir əziyyətlər hədərə getməyib. Onun səpdiyi toxumlar bərəkətli olaraq cücərib və bu gün də xalqımıza öz xeyrini verməkdədir. Hacı Allahsevər və Quransevər idi, ibadət-itaətində dürüst olmağa çalışan bir şəxsiyyət idi. İlahi bu cür şəxsiyyətləri tarixə salmaqla Allahın özünün, məcazi mənada desək, qızıl fonduna daxil edir. Hacı Əlikram da bu cür şəxsiyyət olub. O, öz yerini, şəxsiyyətini bilən biri idi. Azərbaycan Respublikasında dinin yayılmasında Hacı Əlikram banilərdən biri olub. Ömrünün sonuna qədər Allahın dinin yayılmasında fədakarcasına xidmətlər göstərib”.

Xatırladaq ki, Azərbaycan İslam Partiyasının ilk sədri, el ağsaqqalı Hacı Əlikram Əliyev 2011-ci ilin 17 martında dünyadan köçüb. Həmin gün Hacı Əlikram böyük izdihamın iştirakı ilə doğma kəndi Nardaranda dəfn olunub.  

Giperssilka.ru