"Nücəba" İslami Müqavimətinin Baş katibi: "Fələstin müqaviməti ilə hərbi və təhlükəsizlik əməkdaşlığına tam hazırıq"

Giperssilka "ABNA"ya istinadən xəbər verir ki, Fələstin İslami Müqavimətinin Sionist rejimi işğal olunmuş ərazilərdəki mövqelərinə görünməmiş hücumları zamanı "Nücəba" İslami Müqaviməti ilk dəfə olaraq hərəkatın baş katibinin Həmasın siyasi bürosunun rəhbəri İsmayıl Həniyə və İslami Cihadın baş katibi Ziyad Əl-Nuxalə ilə görüş şəkillərini yayımladı.

Fələstinli mücahidlərlə həmrəyliyini ifadə edən "Nücəba" İslami Müqavimətinin Baş katibi bu görüşdə belə dedi: "İraq xalqı həmişə məzlum Fələstin xalqının yanındadır. Vəhşi və işğalçı sionist rejimdən xilasolma səylərini dəstəkləyirlər. Mən şəxsən müqəddəs Fələstin torpaqlarında düşmənlərlə mübarizə aparmaq istəyirəm".

Höccətül-islam vəl-müslimin Əkrəm Əl-Kəbi əlavə etdi: "Silahlı müqavimət, Müqəddəs Qüdsü azad etməyin və nəticədə Fələstin torpaqlarının tamamilə azad edilməsinin yeganə yoludur. Müqavimətin  qurtuluş anına yaxın olduğuna inanırıq.

İsrail ilə müharibənin artıq Aralıq dənizinin şərqindəki bir ölkə ilə məhdudlaşmayacağını dəfələrlə bildirmişəm. Əksinə, sionistlər səmavi sərhədlərə inanan və fələstinli olmayan millətlərdən təşkil olmuş mücahidlərdən ibarət cəbhə ilə qarşılaşanda təəcüblənəcəklər.

O, xatırlatdı ki, fələstinli qardaşlarımızla hər hansı bir hərbi və təhlükə əməkdaşlığına hazırıq. Sionistlərin ölkənin şimalına qədər olan İraqdakı qeyri-rəsmi hərəkətlərini izləyirik. Bu müjdəni verirəm ki, müqavimət işğal olunmuş ərazilərin dərinliklərinə əl tamağa qadirdir".

O, bildirdi ki, amerikalı işğalçıların İraqdan çıxması, Fələstin tənliyinə ilk təsirini göstərəcək. Sionist rejim qərbin hegemoniyasının qanunsuz övladıdır. İsrail indi cəsarətini ABŞ-ın dəstəklərindən alır. Məhvə doğru gedən Amerika müqəddəs Fələstin torpağı azad ediləndə təhqir olacaq.

Sonda dedi: "İraq müqaviməti, Bəəs rejiminə qarşı mübarizə apardığı zamandan bu günə qədər xarici işğalçılarla qarşılaşıb. Bu səbəbdən ABŞ, İngiltərə və sionist rejimlə qarşı-qarşıya olmaq üçün hərtərəfli bir strategiya əldə edib.

Giperssilka.ru