Nuri Maliki: ""Həşd-Şabi" millətin və ölkənin qüdrəti üçün bir addır"

Eastnews.org-un verdiyi xəbərə görə, İraqın "Qanun Dövləti" koalisiyasının rəhbəri Nuri Maliki "Hizbullah"ın İraqdakı qərargahına edilən hücumlara reaksiya verib.

Nuri Maliki:
Nuri Maliki

Nuri Maliki, bu gün səhər "Twitter"də paylaşdığı açıqlamada İraqd baş verən hadisələri tənqid edib:

""Həşd-Şabi" millətin və ölkənin qüdrəti üçün bir addır. Bu qüvvələrə hörmətlə yanaşmalı və mövqelərini qorumalıyıq. Bu qüvvələrə hücum etmək və mövqelərinə zərbə vurmaq olmaz. Terrorla mübarizə qüvvələri də bizim övladlarımızdır. Biz onların cihadları və fədakarlıqları ilə fəxr edirik. Onların və İraqın digər milli qüvvələrinin mövqeyinə hücum etmək düzgün deyil".

O, həmçinin hər kəsi təmkinli olmağa və ölkədəki problemləri xarici müdaxilədən uzaq həll etməyə çağırıb.  

Qeyd edək ki, təhlükəsizlik qüvvələri İraqın "Hizbullah" batalyonlarının qərargahına hücumu və bu qüvvələrin bir hissəsinin tutulması mənfi reaksiyalara səbəb olub.