Nüvə anlaşması üzrə birgə komissiyanın müzakirələri bu gün davam etdiriləcək

Nüvə anlaşması üzrə birgə komissiyanın müzakirələri bu gün davam etdiriləcək

Nüvə anlaşması üzrə birgə komissiyanın iclasının dördüncü turu bu gün Vyanada davam etdiriləcək.

Giperssilka ABNA-ya istinadən xəbər verir ki, İclas İran ilə 4+1 qrupunun xarici işlər nazirlərinin müavinləri və həmin nazirliklərin siyasi müdirlərinin iştirakı ilə keçiriləcək.

Avropa İttifaqı dünən axşamçağı bir bəyanatda bu barədə məlumat vermişdi.

İclasa Avropa İttifaqının xarici fəaliyyət xidmətinin baş katib müavini Enrike Mora sədrlik edəcək.

İclas iştirakçıları Amerikanın nüvə anlaşmasına ehtimal olunan qayıdışının perspektivləri və anlaşmanın bütün tərəflər vasitəsilə tam və təsirli icrasından əminlik barədə danışacaqlar.

Nüvə anlaşması üzrə birgə komissiyanın iclasının dördüncü turunda iştirak məqsədilə dünən Vyanaya daxil olan İran xarici işlər nazirinin siyasi müavini Seyyed Əbbas Əraqçi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi ilə görüşdə, müzakirələrdəki əsas prioriteti, İran xalqının maraqlarının təmin olunması elan edib.

Nüvə anlaşması üzrə birgə komissiyanın iclasları cari il aprelin ikisindən keçirilməkdədir. Bu iclaslar Amerika və İranın nüvə anlaşmasına sədaqətə ikitərəfli qayıdışı, həmçinin ABŞ tərəfindən İran xalqına qarşı tətbiq olunmuş sanksiyaların ləğv edilməsi yolu ilə anlaşmanın bərpası istiqamətində keçirilir.