OXFAM: “Səudiyyə rejiminə silah satışı dayandırılmadır”

OXFAM: “Səudiyyə rejiminə silah satışı dayandırılmadır”

OXFAM beynəlxalq yardım təşkilatı bildirib ki, Yəmən böhranını həll etmək üçün digər ölkələrin Səudiyyə rejiminə silah satışını dayandırmalıdır.

 

Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, OXFAM Səudiyyə rejiminin Yəmən xalqına qarşı illərdir davam edən təcavüzünü tənqid edib.

 

OXFAM-ın icraçı direktoru Jose Maria Vieira xüsusi olaraq vurğulayıb ki, Yəmən böhranının yeganə davamlı həlli atəşkəs rejiminin qurulması və Səudiyyə rejimi və müttəfiqlərinə silah satışı dayandırmaqdır.

 

“Arabi-21” xəbər saytının bildirdiyinə görə, Vieiraya beynəlxalq birliyin Yəməndəki bütün tərəfləri atəşkəsə razı salması və faydalı danışıqların başlaması üçün təzyiq göstərməli və bu məsələdə əlindən gələni etməli olduğunu bildirib.

 

Danışıqların əsas məqsədinin Yəmən böhranının sülh yolu ilə həllini tapmaq olduğunu vurğulayan Vieira, Yəmənin beş illik münaqişədən sonra dünyanın ən böyük humanitar fəlakəti ilə üzləşdiyini söyləyib.

 

O, Yəməndə koronavirusun yayılmasına toxunaraq, sağlamlıq mərkəzlərinin yarısından çoxunun məhv edildiyini və ya yararsız vəziyyətdə olduğunu bildirib.

 

“Milyonlarla yəmənlinin həyatını xilas etmək üçün dərhal yardım yığılmalıdır”, - deyə o, bildirib.

 

Deyerler.org/Giperssilka.ru