Papa Frensis Vatikanın İraqdakı yeni nümayəndəsini təyin edib

Monsenyor Mitya Leskovar Vatikanın İraqdakı yeni nümayəndəsi təyin edilib.

Papa Frensis Vatikanın İraqdakı yeni nümayəndəsini təyin edib
Roma Papası Frensis

Giperssilka.ru Şəfəq agentliyinə istinadən xəbər verir ki, M.Leskovar hazırda Vatikanın Hindistandakı səfirliyinin müşaviridir. Papa Fransis eyni zamanda M.Leskovarın rütbəsini də artıraraq ona arxiyepiskop ünvanı verib.

Vatican News bildirir ki, yeni təyin olunmuş nümayəndə Roma Katolik Kilsəsinin qədim hüquqünu bilməklə yanaşı italyan, ingilis, alman, xorvat, fransız və ispan dillərinə hakimdir.

Giperssilka.ru