Pegasus qalmaqalı böyüyür - Makron İsrail rejimindən casus proqram ilə bağlı açıqlama tələb edir 

Pegasus qalmaqalı böyüyür - Makron İsrail rejimindən casus proqram ilə bağlı açıqlama tələb edir 

Fransa Prezidenti Emmanuel Makronun sionist İsrail Baş naziri Naftali Bennettdən "Pegasus" adlı casus proqramı ilə əlaqədar rəsmi bir açıqlama istədiyi bildirilir.

Giperssilka.ru xəbər verir ki, bu barədə sionist media yayıb.

Məlumata görə, məsələ ilə bağlı Makronla Bennett arasında telefon danışı olub. Danışıq zamanı Makronun Bennettdən rəsmi izahat tələb etdiyi bildirilir. Bennett Makrona məsələnin ən yüksək səviyyədə araşdırılacağını və istənilən nəticələrin tezliklə açıqlanacağına söz verib.

Sionist qəzeti Yediot Ahronot yazır ki, Fransa İsrailin casus proqramlarında ixtisaslaşmış "NSO Group" adlı bir şirkətlə bağlı istintaqa başlayıb. Fransa bu şirkətdə qanun pozuntularının olduğu müəyyən edildiyi təqdirdə şirkətin buna qarşı tədbir görülməsi niyyətində olub-olmadığını bilmək istədiyi bildirilir.

Mərakeş kəşfiyyat xidməti 2019-cu ilin mart ayında Makronun 2017-ci ildən bu yana istifadə etdiyi və daha çox jurnalistlərlə ünsiyyət qurduğu smartfon telefonlarından birinin "Pegasus" proqramı ilə izlənilməyə çalışıldığını iddia etmişdi.

Makrondan əlavə Fransada keçmiş baş nazir Eduard Filipp, hökumət rəsmiləri və jurnalistlər də daxil olmaqla 100-dən çox insanın telefonlarına casus məqsədilə hücum etməyə cəhd olunduğu iddia edilir.

Giperssilka.ru