Nüvə başlıqlı rus qırıcıları ABŞ-a yaxınlaşıb

Nüvə başlıqlı rus qırıcıları ABŞ-a yaxınlaşıb
FOTO: Reuters

Giperssilka.ru "Dailystar"a istinadən xəbər verir ki, Alyaska ştatı yaxınlığında nüvə başlıqları daşıya bilən 4 rus qırıcısı müşahidə uşuşları həyata keçirib.

Rusiyadan hadisə ilıə bağlı verilən açıqlamada bildirilib ki, Tu-95MS qırıcıları ilə reallaşan 11 saatlıq uçuş beynəlxalq qanunvericiliyə əsasən həyata keçirilib. Portalın məlumatına əsasən, Rusiya Müdafiə Nazirliyinin məsələ ilə bağlı yaydığı bəyanatda deyilir: "Rusiya Hərbi Hava Qüvvələrinin uzunmənzilli aviasiyasının 4  Tu-95MS raketdaşıyıcı qırıcısı Çukçi, Berinq və Oxot dənizləri və Sakit okeanın bir hissəsi üzərində uçuşlar həyata keçirib".

ABŞ-ın F-22 Raptor qırıcılarının uçuş boyu rus qırıcılarını müşayiət etdiyi iddia edilir.  

Giperssilka.ru