Prokuror Yunis Səfərova ömürlük həbs istədi

Prokuror Yunis Səfərova ömürlük həbs istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov də daxil olmaqla 12 nəfərin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Giperssilka Modern.az-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Y.Səfərovun ömürlük, Mahir Əzizovun 20 il, Hamlet Abdullayevin 19 il, Akif Əliyevin 20 il, Rasim Musatafeyvin 20 il, Ceyhun Qurbanovun 28 il, Firudin Zeynalovun 19 il, Cəfər Zalovun 18 il, Vüqar Məmmədovun 19, Ceyhun Salahovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra müdafiəçilər çıxış üçün məhkəmədən vaxt istəyib.

Prosesi aprelin 13-nə qədər təxirə salınıb.

 

Giperssilka.ru